“Əl-Nüsra” cəbhəsinin liderləri öldürüldü
Bizi izləyin

Dünya

“Əl-Nüsra” cəbhəsinin liderləri öldürüldü

“Əl-Qaidə” terror qruplaşmasının Suriya qolu hesab olunan “Əl-Nüsra” cəbhəsinin liderlərindən olan Abu Xumam Əl-Şami partlayış nəticəsində ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə “Əl-Nüsra” cəbhəsindəki mənbə bildirib. Mənbənin məlumatına görə, partlayış ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin aviazərbələri zamanı olub. Qeyd edilir ki, aviazərbələr zamanı İdlib vilayətinin şimali-qərbində “Əl-Nüsra” cəbhəsinin yüksək vəzifəli liderlərinin görüşü keçirilirdi.

Amma beynəlxalq koalisiyanın nümayəndəsi bildirib ki, son bir gün ərzində İdlib vilayətinin ərazisinə heç bir aviazərbə endirilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm