Avropada SSRİ-nin qurduğu sərhədlər dəyişir
Bizi izləyin

Dünya

Avropada SSRİ-nin qurduğu sərhədlər dəyişir

Çexiya və Polşa arasında 1950-ci illərdən davam edən ərazi mübahisəsi, nəhayət ki, həll olunmaq üzrədir.

Publika.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Boquslav Sobotka deyib.

Çexiya 3,5 kvadrat kilometr mübahisəli ərazini Polşaya verməyi planlaşdırır. Nəşrin məlumatına görə, Praqa SSRİ-nin təzyiqi altında “soyuq müharibə” dövründə qurulan sərhədləri dəyişdirməyi təklif edib. Çexiya KİV-nin yazdığına görə, söhbət Şimali Moraviy və Şimali Boqemiy ərazilərindən gedir. Praqa hazırda sərhədin yenidən bölünməsi ilə bağlı Varşavanın təklif etdiyi planı gözləyir.

“Polşa öz ərazisini geri alacaq. Amma hələlik bunun bütün təfərrüatları məxfi saxlanılır. Mən onlar haqqında danışa bilmərəm”, - Çexiyanın baş naziri bildirib.

Çexiya bundan əvvəl mübahisəli ərazi üçün Polşaya maliyyə kompensasiyasını vermək istəyib. Amma Polşa bundan imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm