Davudoğlu da yük qapısına göndərildi...
Bizi izləyin

Dünya

Davudoğlu da yük qapısına göndərildi...

ABŞ-da səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Nyu-Yorkda hökumətə yaxın türk dərnəkləri ilə keçirdiyi görüşdən əvvəl kiçik bir qrupun etirazları ilə qarşılaşıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir otelə yük qapısından daxil olmaq məcburiyyətində qalıb.

Məlumata görə, etirazçılar Türkiyə vətəndaşları olub. Onlar “Hamınız ali məhkəmədə mühakimə olunacaqsınız” deyərək qışqırıblar.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının toplantısında iştirak etmək üçün Nyu-Yorka gələn prezident Rəcəb Tayyib Ərdoğan da bənzər etirazla qarşılanmışdı. Ərdoğan da Davudoğlu kimi otelə daxil olmaq üçün yük qapısından istifadə etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm