Rusiyanın iki bankına qadağa - 640 MİLYON
Bizi izləyin

Dünya

Rusiyanın iki bankına qadağa - 640 MİLYON

ABŞ hakimiyyəti Rusiyanın iki bankının aktivlərini dondurub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindəki mənbələrə istinadən “The Wall Street Journal” nəşri yazıb.

Dondurulan aktivlərin ümumi məbləği 640 milyon dollardır. ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumata görə, “Rusiya” bankının 572 milyon aktivi dondurulub. 2013-cü ilin məlumatlarına əsasən, bu, bankın bütün aktivlərinin 10 faizini təşkil edir.

SMP bankının isə dondurulan aktivlərinin məbləği təxminən 65 milyon dollardır. Hər iki bank ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya bankları siyahısına daxildir.

Bundan başqa, “Wall Street Journal”ın yazdığına görə, Rusiya Konstruktor bürosunun “Citibank”dakı təxminən 10 milyon dolları dondurulub. Fiziki şəxslərin hesablarının dondurulmasına gəlincə, ABŞ Maliyyə Nazirliyi şəxsi informasiyanın müdafiəsi haqqında qanunvericiliyə uyğun olaraq sanksiyalardan zərər çəkən rusiyalıların adlarını açıqlamır. Nəşrin məlumatına görə, dondurulmuş ən böyük fərdi hesab “Brown Brothers Harriman” bankındadır və iki milyon dollar təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm