İkinci “Purim möcüzəsi”? – yəhudilər Xamneyinin xəstəliyindən yazdılar
Bizi izləyin

Dünya

İkinci “Purim möcüzəsi”? – yəhudilər Xamneyinin xəstəliyindən yazdılar

Xəbər verildiyi kimi, dünən İranın dini lideri ayətullah Əli Xamneyinin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayıldı. “The Jerusalem Post” nəşrinin yazdığına görə, dini lider prostat vəzisinin xərçəngi xəstəliyindən əziyyət çəkir.

Publika.az xəbər verir ki, İsrailin “Hayom” nəşri də ərəb mənbələrinə istinadən 2014-cü ilin sentyabrında prostat vəzisində keçirilən əməliyyatdan sonra dini liderin vəziyyətinin kritik olduğunu yazıb.

Bu günlərdə Fransanın “Le Figaro” nəşri xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, Xamneyinin onkoloji xəstəliyi ən ağır – dördüncü mərhələyə daxil olub. Həkimlər hesab edirlər ki, dini lider maksimum iki il yaşaya bilər. Qəzetin mənbələri iddia edirlər ki, diaqnoz təxminən 10 il əvvəl qoyulub. Ötən ilin sentyabrında isə həkimlər pasientin sağalmaz olduğunu bildiriblər.

İsrail KİV-i hazırda İranın dini liderinin sağalmaz xəstəliyi ilə əlaqədar maraqlı bir faktı fəal müzakirə edir. Belə ki, ayətullah Əli Xamneyinin vəziyyətinin kəskin pisləşməsi haqqında xəbərin yayılmasının yəhudilərin Purim bayramı (Fars imperiyasının - müasir İranın ərazisində yaşamış yəhudilərin qurtuluşu) ilə üst-üstə düşdüyünə diqqət çəkilir. “Jewish Business News” qeyd edir ki, bu hadisə üçün (Xamneyinin xəstəliyi – Ö.D.) daha uğurlu vaxt ola bilməzdi.

İsrailin “Arutz Sheva” nəşri xatırladır ki, İranın 76 yaşlı dini lideri İsrailin ünvanına dəfələrlə təhdidləri səsləndirib. Xamneyi ötən ilin oktyabr ayında həcc ziyarətinə yola düşən zəvvarlara illik müraciətində onları yəhudi dövlətinin məhv edilməsi naminə Məkkəyə gedən müsəlmanlarla birliyə çağırıb. Dini lider noyabr ayında isə İsrail əleyhinə “tvitter” mesajları seriyasını dərc edib. O, İsraili “barbar dövlət” adlandırmışdı.

Nəşr xatırladır ki, Xamneyi İranın siyasi rəhbərliyindən uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını 190 minə qədər artırmağı tələb edirdi. “Arutz Sheva” əlavə edir ki, 190 min sentrifuqa bir neçə həftə ərzində nüvə arsenalını yaratmağa imkan verir.

“NEWSru Israel” nəşri qeyd edir ki, rusdilli yəhudilər 62 il bundan əvvəl 5 fevral 1953-cü ildə baş vermiş “Purim möcüzəsi”ni xatırlayırlar. Həmin tarixdə SSRİ lideri İosif Stalin ölmüşdü. Bəzi məlumatlara görə, Stalinin həlak olması SSRİ yəhudilərinin Sibirə kütləvi deportasiyasının qarşısını alıb.

Xamneyi İsrailə qanunsuz işğal rejimi kimi baxır və ardıcıl anti-Amerika siyasəti həyata keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm