Putin öz maaşını azaltdı – 10 FAİZ
Bizi izləyin

Dünya

Putin öz maaşını azaltdı – 10 FAİZ

Rusiya prezidenti Vladimir Putin prezident administrasiyası və Rusiya İstintaq Komitəsinin əməkdaşları, həmçinin baş prokuror, baş nazir və özünün maaşının 10 faiz azaldılması barədə fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərman Kremlin rəsmi saytında dərc edilib.

Bundan daha əvvəl Rusiya Dövlət Duması əmək haqlarının ixtisarı haqqında təkliflə ölkənin rəhbərinə müraciət etməyə hazırlaşırdı. Bu təşəbbüsü Federasiya Şurası da dəstəkləmişdi.

Qeyd edək ki, Vladimir Putin və baş nazir Dmitri Medvedevin maaşları 2014-cü ilin yazında artırılmışdı. Dövlət başçısı və prezident administrasiyası işçilərinin gəlirləri və əmlakı haqqında məlumatlara əsasən, Putin 2013-cü ildə 3,6 milyon rubl (təxminən 600 min dollar) qazanıb. Medvedevin illik gəliri isə 4,2 milyon rubl (təxminən 690 min dollar) təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm