Burcanadze: “Əgər bunu Putin hakimiyyəti istəsəydi...”
Bizi izləyin

Dünya

Burcanadze: “Əgər bunu Putin hakimiyyəti istəsəydi...”

Gürcüstan parlamentinin sabiq spikeri, “Birləşmiş Demokratik Hərəkat” Partiyasının lideri Nino Burcanadze Rusiyanın müxalifət siyasətçisi Boris Nemtsovun qətlini şərh edib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sabiq spiker qətlin Rusiyada qeyri-stabil vəziyyət yaratmaq istəyənlər tərəfindən törədildiyinə əmindir.

“Onun ölümü qətiyyən Rusiyanın maraqlarına daxil deyil. Hətta onun silahdaşları da Rusiya hakimiyyətinin onu öldürdüyünü demirlər. Siz necə düşünürsünüz, Putin hakimiyyəti müxalifət liderinin Kreml yaxınlığında öldürüldüyünü bütün dünyaya göstərmək istəyərdimi? Bu qətli Rusiyada qeyri-stabil vəziyyət yaratmaq və Rusiyanın imicinə zərər vermək istəyənlər təşkil edə bilərlər”, - Burcanadze deyib.

Xatırladaq ki, Rusiyanın müxalifət siyasətçisi fevralın 27-si axşam saatlarında Kremlin yaxınlığında, Böyük Moskva çayı körpüsünün üstündə qətlə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm