Dünya
ŞOK: 32 yaşlı kişi 2 aylıq qızını zorladı
Norveçdə polis keçirdiyi əməliyyatla pedofil qrupu yaradan bir neçə şəxsi həbs edib. ANS PRESS-in “The Local”a istinadən verdiyi məlumata görə, polis qrup üzvlərini sosial şəbəkələrdə paylaşılan porno videonu izlədikdən sonra yaxalayıb.
Videonu izləyərkən məlum olub ki, bu Norveçdə çəkilib. Videoda 32
yaşlı kişi 2 aylıq körpə qızını zorlayırmış. Video çəkilərkən
arxada televizorun səsi aydın eşidilib. Televizorda Norveç
kanallarından birində xəbərlər gedirmiş. Xəbərlərin səsi videoya
düşüb. Polis dərhal videonun çəkildiyi zamanı müəyyən edib. Daha
sonra onun yayımlandığı elektron ünvan müəyyənləşib.
Qeyd edilən ünvana baxış keçirilərkən həmin videoda körpə uşağa
qarşı seksual hərəkətlər edən şəxs müəyyən edilərək saxlanılıb.
Dindirilmə zamanı pedofil digər şəxslərin də adını polisə verib.
Keçirilən əməliyyat zamanı 34 və 27 yaşlı kişilər saxlanılıb.
Bundan başqa, 27 və 43 yaşlı iki qadın da tutulub. Araşdırılıb ki,
həmin şəxslər də azyaşlı övladlarını zorlayıblar. Onlar polisə
verdikləri ifadədə doğma balaları ilə cinsi əlaqədə olmaqdan zövq
aldıqlarını bildiriblər.
Polis hazırda pedofil qrupunun digər üzvlərini axtarırlar.
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY