“Cihadçı Con” İŞİD-in qaydalarını pozub - VİDEO
Bizi izləyin

Dünya

“Cihadçı Con” İŞİD-in qaydalarını pozub - VİDEO

İŞİD terror təşkilatının qan donduran edam videoları ilə gündəmdən düşməyən “Cihadçı Con”la bağlı növbəti görüntülər yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Küveyt əsili İngiltərə vətəndaşı Məhəmməd Emvazinin orta məktəbdə oxuduğu vaxt futbol oynadığı ilə bağlı görüntülər ortaya çıxıb.

Görüntülər Londonun şimalındakı Qunitin Kunaston Akademiyasında 11 il əvvəl qeydə alınıb. Keçmişdə çılğın futbol azarkeşi kimi tanınan və utancaq davranışları ilə diqqət çəkən Emvazi kameranın onu çəkdiyini görəndə qolu ilə üzünü bağlamağa çalışır.

Qeyd edk ki, daha əvvəl İŞİD futbol oynadığına görə, bir neçə yeniyetməni edam etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm