Nemtsovun sevgilisinin həyatı təhlükədədir
Bizi izləyin

Dünya

Nemtsovun sevgilisinin həyatı təhlükədədir

Fevralın 27-də qətlə yetirilən Rusiya müxalifətçisi Boris Nemtsovun sevgilisi və hadisənin şahidi Anna Duriskayaya Ukraynada xüsusi mühafizə verilib.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, Ukraynanın baş prokuroru Viktor Şokin top-modelin təhlükəsizliyinin qorunması üçün göstəriş verib.

Ukrayna Baş prokurorluğunun saytında yerləşdirilən informasiyaya əsasən, söhbət həmçinin modelin Kiyevdə yaşayan valideynlərinin həyatına olan təhlükədən gedir. Modelin özü martın 5-də Kiyev polisinə valideynlərin yaşadığı ərazidə naməlum şəxslərin göründüyünü bildirib və təhlükə barədə xəbərdarlıq edib.

Duriskayanın vəkili Vadim Proxorov da təsdiqləyib ki, onun müvəkkili təhlükəsizliyin qorunması üçün Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm