• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Müavini Ərdoğana etiraz edib

  • Dünya
  • 7 Mart 2015 04:43
  • 396 Baxış
Müavini Ərdoğana etiraz edib

Türkiyə baş nazirinin müavini Bülent Arınç Mərkəzi Bankın faiz siyasətini tənqid edən prezident Rəcəb Tayyib Ərdoğana etiraz edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazirin müavini Mərkəzi Bankı təhdid etməyin doğru olmadığını deyib.

“2002-ci ildən bu yana daxili qaynaqlı iqtisadi böhran yaşamadıq. Mərkəzi Bank müstəqil bir qurumdur və üzərinə düşən işi görür. Mərkəzi Bankı təhdid etmək doğru deyil”, - NTV telekanalın qonağı olan Arınc bildirib.

Qeyd edək ki, prezident Ərdoğan tez-tez Mərkəzi Bankın faiz siyasətini tənqid edir. Dövlət başçısı faiz dərəcələrini aşağı salmayan Mərkəzi Bankı “vətən xaini” adlandırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR