Dünya
“Obamanı güllələmək istəyirdim”- amerikalı İŞİD tərəfdarı
Ağ evə qarşı terror aktları hazırlamaqda şübhəli bilinərək həbs edilən amerikalı istintaqa ifadələr verib.
Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, həmin şəxs prezident Barak Obamanı güllələmək niyyətində olub.
Ohayo ştatının 20 yaşlı sakini Kristofer Li Kornell yerli telekanalların birinə zəngi edərək İŞİD tərəfdarı olduğunu bildirib.
Terrorçulara simpatiyasını gizlətməyən gənc oğlan telekanala müsahibə verən zaman deyib ki, ABŞ-ın İŞİD bazalarını bombalamasına cavab olaraq qisas almaq istəyir: “Ağ evə daxil olub əvvəlcə prezident Barak Obamanı, sonra isə Konqres üzvlərini başından güllələyərdim”.
Bundan sonra polis onu həbs edib. Məhkəmədə Kornellin vəkilləri həmin açıqlamanın videosunun nümayişinə etiraz ediblər. Lakin hakim bu tələbi rədd edib.
İlqar
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO