
“ABŞ Ukraynaya ölümcül silahlar verməlidir”.
Publika.az xəbər verir ki, bu barədə məşhur
Amerika politoloqu Zbiqnev Bjezinski deyib.
Politoloq bu barədə hələ ötən il dediyini bildirib: “Mən ötən il
böhran başlayanda bu mövzudan danışmışdım. O vaxt bildirmişdim ki,
biz Ukraynaya müdafiə xarakterli silah verməliyik. Əgər bunu
verməsək, Rusiya öz hücumunu artırmaq üçün hər şey edəcək və o,
buna qadirdir. İndi də Ukraynaya silah vermək fikrini
dəstəkləyirəm”.
Bjezinski rusları Kiyevin NATO-ya qoşulmayacağına inandırmağa
çalışıb.
“Ukrayna azad, müstəqil zona olacaq və NATO-ya qoşulmayacaq. Yəni
Finlandiya kimi müstəqil Avropa zonası olacaq, amma Avropa
İttifaqına qoşulmayacaq. Rusiya belə bir perspektivin olduğunu
düşünür və bunu təhlükə olaraq görür. Onlar bundan narahat
olmamalıdır”, - deyə politoloq bildirib.
Asif Nərimanlı