Türkiyədə daha iki nazir istefa verdi – üç yeni nazir təyin olundu
Bizi izləyin

Dünya

Türkiyədə daha iki nazir istefa verdi – üç yeni nazir təyin olundu

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağdan sonra daha iki nazir istefaya gedib.


Publika.az xəbər verir ki, bu gün daxili işlər naziri Əfqan Ala və nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan da istefa verib.


Qeyd edək ki, bu istefalar bu ilin iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır.


Rəsmi məlumata görə, boş qalan nazir postlarına yeni təyinatlar olub. Belə ki, ədliyyə naziri Kənan İpək, daxili işlər naziri Səbahəddin Öztürk, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri isə Firudin Bilgin olub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm