Terrorçular avropalıları güllələdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Terrorçular avropalıları güllələdi – SON DƏQİQƏ

Afrika ölkəsi olan Malinin paytaxtı Bamakoda terror aktı törədilib.

Publika.azReuters” agentliyinə istinadən xəbər verir ki, yerli terror qruplaşmalarından birinin üzvləri şəhərdə turistlərin xoşladığı “Lya Teras” restoranına girərək avtomat silahlardan atəş açıblar.

Nəticədə 5 nəfər həlak olub. Ölənlərdən ikisi avropalıdır - biri Fransa, digəri Belçika vətəndaşı.

Fransa prezidenti Fransua Olland dərhal bəyanatla çıxış edərək terror aktını pisləyib.

21 mart, 2012-ci ildə Malidə dövlət çevrilişi baş vermişdi. Çevrilişi həyata keçirən hərbçilər döyüşlə Bamakoda prezident sarayını ələ keçirmişdilər. O vaxtdan etibarən ölkədə asayiş pozulub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm