Nemtsovun qətli ilə bağlı daha 2 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

Nemtsovun qətli ilə bağlı daha 2 nəfər saxlanıldı

Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər şübhəli şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyev məlumat yayıb. Onun sözlərinə görə, Anzor Qubaşev və Zaur Dadayevdən başqa daha iki nəfər şübhəli şəxs qismidə saxlanılıb.

Baraxoyev deyib ki, saxlanılan şəxslərdən biri böyük ehtimalla Nemtsovun qətli zamanı Dadayev ilə birlikdə maşında olub. Baraxoyev həmçinin Anzor Qubaşevin kiçik qardaşının saxlanılması faktını da təsdiqləyib.

Adları açıqlanmayan saxlanılan şəxslərin barəsində bu gün məhkəmənin qərar çıxaracağı gözlənilir.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Naməlum şəxslər onun kürəyinə 4 güllə vurular.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm