Sabiq prezidentin tərəfdarını asdılar
Bizi izləyin

Dünya

Sabiq prezidentin tərəfdarını asdılar

Misirdə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılaraq həbsə atılan prezident Mursiyə dəstək nümayişlərində iştirak edənlərdən biri bu gün edam edilib.

Publika.az xarici mediaya istinadən verdiyi xəbərə görə, onun hərbi idarəçiliyin edam olunan ilk əleyhdarı olduğu bildirilir.

Əl-Sisi rəhbərliyi tərəfindən “terror təşkilatı” elan edilən “Müsəlman Qardaşları” Təşkilatının üzvü olmadığı bildirilən Mahmud Hasan Ramazan 2013-cü ilin iyul ayında İsgəndəriyyə şəhərində bir nəfəri öldürməkdə ittiham olunur. Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsində verilən məlumata görə, Ramazan etiraz nümayişlərində bir nəfəri binanın damından itələyərək aşağı atıb.

3 iyul 2013-cü ildə Abdulfəttah Əl-Sisinin rəhbəri olduğu ordu ölkənin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursini həbs edib. “Müsəlman Qardaşları” Təşkilatının rəhbərləri hərbi çevrilişdən sonra ağır həbs cəzalarına məhkum edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm