Dünya
Bolqarıstanda fövqəladə vəziyyət elan edildi
Bolqarıstanın cənubuna yağan güclü qar bölgədə fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub.
ANS-in məlumatına görə, xüsusilə Smolyan bölgəsinin Rudozem şəhərində xaotik vəziyyət yaranıb. Ölkənin cənubunda bir neçə gündür ki, sərt və şaxtalı hava şəraiti hökm sürür.
Smolyan bölgəsinin böyük hissəsində elektrik enerjisi kəsilib. Buna yağan qarın ağırlığından ağacların elektrik naqillərinin üzərinə aşması səbəb olub. Əksər yollarda görünmə dərəcəsi aşağı düşdüyündən, nəqliyyatın hərəkəti iflic olub. Bəzi yollar tamamilə bağlanıb.
Bolqarıstanın şərqində, Qara dəniz sahilində yerləşən Varna limanı da güclü külək səbəbindən bağlanıb.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı