Nemtsovun qatili özünü partlatdı
Bizi izləyin

Dünya

Nemtsovun qatili özünü partlatdı

Qroznı şəhərində polis tərəfindən əməliyyat keçirilərkən naməlum şəxs özünü əl qumbarası ilə partladıb.

Publika.az-ın məlumtına görə, hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinad edən İnterfax agentliyi bu hadisənin Rusiya müxalifəti lideri Boris Nemtsovun qətlinin araşdırılması ilə bağlı olduğunu qeyd edib.

Hüquq-mühafizə orqanları tərəfindən adı açıqlanmayan şəxs Qroznı şərəhərində çoxmərtəbəli binanın mənzilərindən birində polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Məlumatlara əsasən, polis bir neçə saat ərzində onunla danışıqlar aparıb, lakin o, təslim olmaqdan imtina edib.

Xəbər verildiyinə görə, həmin şəx ya bilərəkdən özünü partladıb, və ya qumbaranı polisə atarkən səhvə yol verib, nəticədə partlayışdan özü ölub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm