
"Malaysia Airlines" şirkətinə məxsus Boeing 777
təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində Avstraliyanın baş
naziri Toni Ebbot təyyarənin axtarışının uzun müddət davam
etməyəcəyini bildirib.
Publika.az-ın məlumatına görə, baş nazir
axtarışların əsaslandırılmış ehtimalların mövcud olduğu müddətdə
davam edəcəyini bildirib.
Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227
sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi
Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların
indiyədək davam etməsinə baxmayaraq, hələ ki, təyyarənin izini
tapmaq mümkün olmayıb.