• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezident huşunu itirdi

  • Dünya
  • 8 Mart 2015 23:51
  • 1 319 Baxış
Prezident huşunu itirdi

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə zərif cinsin nümayəndələrini təbrik edən Zambiya Prezidenti Edqar Lunqu qəflətən tribunada huşunu itirərək yıxılıb.

Axar.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisədən dərhal sonra dövlət başçısı hərbi hospitala yerləşdirilib. Bildirilib ki, ölkə qadınlarını fasiləsiz olaraq 20 dəqiqə ərzində kürsüdən təbrik edən Lunqu özünü pis hiss edib və müvazinatını itirib. Prezidentin şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir. Xatırladaq ki, Edqar Lunqu bu ilin yanvar ayında növbədənkənar prezident seçkilərində dövlət başçısı seçilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR