Putin etiraf etdi: “Krımın ilhaqını...” - VİDEO
Bizi izləyin

Dünya

Putin etiraf etdi: “Krımın ilhaqını...” - VİDEO

Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqı üzrə əməliyyata hazırlığın təfərrüatlarını açıqlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putin hazırlığın 23 fevral 2014-cü il gecəsi keçmiş prezident Viktor Yanukoçivin qaçış zamanı başlandığını bildirib.

“Mən bizim xüsusi xidmət orqanlarımızın, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyini Kremlə dəvət etdim. Onların qarşısına Ukrayna prezidentinin həyatını xilas edilməsi vəzifəsini qoydum. Onu sadəcə məhv edə bilərdilər”, - Vladimir Putin “Rossiya-1“ telekanalında gedən “Krım. Vətənə qayıdış” filminin anonsunda deyib.

Rusiya prezidenti qeyd edib ki, Yanukoviçi quru, hava və dəniz yolu ilə Donetskdən çıxarmağa hazırlaşıblar: “Bu əməliyyat fevralın 23-ü səhər saat 7 radələrində bitdi. Və mən ayrılarkən bütün həmkarlarına dedim: biz Krımın Rusiya tərkibinə qaytarılması üzrə işə başlamağa məcburuq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm