İran Pakistanı hədələyir
Bizi izləyin

Dünya

İran Pakistanı hədələyir

Həmin hücum zamanı 14 nəfər ölüb.

Tehran xəbərdarlıq edib ki, əgər İslamabad Pakistanla sərhəddə oğurlanmış İran sərhədçilərinin azad edilməsi ilə bağlı tədbirlər görməsə, Pakistana ordu yeridəcək.Bunu İranın daxili işlər naziri Abdulreza Rəhmani Fazli bəyan edib.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, sərhədçilərin oğurlanmasına görə cavabdehliyi “Ceyş-ul Ədl”(Ədalət ordusu) adlı sünni qrupu üzərinə götürüb.Pakistanın İrandakı müvəqqəti işlər vəkili ötən həftə buna görə xarici işlər nazirliyinə çağırılıb. İran Pakistandan radikal qruplara qarşı qəti tədbirlər görülməsini tələb edir.

“Ceyş-ul Ədl”(qrupu ötən ilin nöyabrında üzvlərinin İran prokurorunu öldürdüyünü , oktyabrda isə İran sərhədçilərinə hücum etdiklərini bəyan edib. Həmin hücum zamanı 14 nəfər ölüb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm