Krım sahillərində NATO - Rusiya qarşıdurması - TƏLİMLƏR
Bizi izləyin

Dünya

Krım sahillərində NATO - Rusiya qarşıdurması - TƏLİMLƏR

NATO hərbi gəmiləri Qara dənizdə təlimlərə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı BradVilyamın rəhbərlik etdiyi hərbi təlimlər Rusiyanın ilhaq etdiyi Krım yarımadasının sahillərində keçirilir.

Hərbi təlimlərdə Türkiyə, İtaliya, ABŞ, Almaniya, Rumıniya və Kanadanın hərbi gəmiləri iştirak edir.

Amerikalı hərbçi təlimlər boyunca bütün beynəlxalq qaydalara əməl olunacağını bildirib. Bolqarıstanın Varna limanındakı “Vicksburg” gəmisində açıqlama verən admiral təlimlərin ötən il planlaşdırıldığını söyləyib.

Rusiya ötən həftə Krımda 2000 hərbçinin qatıldığı təlimlərə başlayıb. Raketdən müdafiə sistemlərindən istifadə edildiyi təlimlər 10 aprel tarixinə kimi davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm