Avrasiya üçlüyü Ukraynanın gələcəyini müzakirə edəcək
Bizi izləyin

Dünya

Avrasiya üçlüyü Ukraynanın gələcəyini müzakirə edəcək

Belarus, Qazaxıstan və Rusiya prezidentləri 12-13 mart tarixlərində Astanada görüşəcək.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Belarus və Rusiya dövlət başçılarının Astana səfərinin Qazaxıstan prezidentinin dəvəti əsasında reallaşacağı deyilir. Məlumata görə, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev və Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Üç ölkənin başçısı həmçinin dünya iqtisadiyyatındakı müasir tendensiyaların təsirlərini nəzərə alaraq Avrasiya İqtisadi İttifaqındakı inteqrasiya proseslərini müzakirə edəcək. Bundan başqa, səfər çərçivəsində Putinin Nazarbayevlə ikitərəfli görüşü nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm