Putin Krımın Rusiyaya birləşdirilməsinin SİRRİNİ AÇIQLADI - VİDEO
Bizi izləyin

Dünya

Putin Krımın Rusiyaya birləşdirilməsinin SİRRİNİ AÇIQLADI - VİDEO

Prezident Vladimir Putin ilk dəfə Krımın Rusiyaya birləşdirilməsi planını açıqlayıb.

Publika.az-ın məlumatına görə, Putin bu barədə "Rusiya 1" telekanalında nümayiş olunacaq Andrey Kondraşovun "Krım - Vətənə Yol" adlı sənədli filmində danışıb.

Putin, "Krımı qaytarmaq" planı üzərində işə başlamaq göstərişini fevralın 22-də gecədən səhərədək davam etmiş iclasın sonunda verdiyini bildirib. Rusiya prezidentinin təbirincə, həmin iclas Ukraynada prezident Viktor Yanukoviçin devrilməsindən sonra keçirilib.

Rusiya televiziyasında yaxın vaxtlarda nümayiş etdiriləcək sənədli filmində Putin söyləyib ki, fevralın 22-dən 23-nə keçən gecə davam etmiş iclas devrilmiş Ukrayna prezidentinin xilas edilməsi planını hazırlamaq məqsədilə keçirilib.

"Mən xüsusi xidmət orqanlarımızın rəhbərlərini və Müdafiə nazirini Kremlə dəvət edib onlara Ukrayna prezidentini xilas etməyi tapşırdım, onu Ukraynada sadəcə məhv etmək istəyirdilər”, - Putin deyib.

"İclas, təxminən, səhər saat 7-də başa çatdı. Ayrılanda həmkarlarıma dedim ki, şərait bizi Krımı Rusiya tərkibinə qaytarmaq üzərində işə başlamağa məcbur edir", - Rusiya prezidenti əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm