Ukraynada atəş kəsilməyəcək: separatçılar hücuma keçib
Bizi izləyin

Dünya

Ukraynada atəş kəsilməyəcək: separatçılar hücuma keçib

Separatçılar Mariupol yaxınlığındakı Şirokino qəsəbəsi ətrafında Ukrayna qüvvələrinin mövqelərinə hücum cəhdi ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ordusu məlumat yayıb. Hücum zamanı tank və minatanlardan istifadə olunubğu qeyd olunur.

"Ukrayna ordusu öz mövqelərində qalaraq qarşı tərəfin həmlələrinin qarşısını alır”, - Ukrayna şərqində xüsusi əməliyyat üzrə qüvvələrin mətbuat mərkəzinin açıqlamasında qeyd olunur.

Tanınmamış “Donetsk Xalq Respublikasının” nümayəndəsi bu məlumatı təkzib edib. Eduard Basurin Şirokino yaşayış məntəqəsi rayonunda hücumun olmadığını deyib.

Fevral ayının 15-dən Ukraynada atəşkəs rejimi qüvvədədir, lakin Kiyev və separatçılar mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm