Gürcü qadınlarının bərabərlik tələbi - FOTOLAR
Bizi izləyin

Dünya

Gürcü qadınlarının bərabərlik tələbi - FOTOLAR

Gürcüstanda qadınlar ölkənin siyasi həyatında gender bərabərliyinin artırılması tələbi ilə aksiya keçiriblər.

Publika.az xəbər verir ki, Tbilisidə yürüş Qızılgül İnqilabı meydanından başlayaraq, köhnə parlament binası qarşısında mitinqlə başa çatıb. Tbilisinin mərkəzi Rustaveli prospektində keçirilən yürüş iştirakçılarının əksəriyyəti qadın olsa da, tədbirdə kişilərin sayı da az olmayıb.

“Siyasətdə daha çox qadın!” tələbi bu günün əsas şüarıdır və mən onu tam dəstəkləyirəm”, - vətəndaş cəmiyyəti fəalı Laşa Kavtaradze yürüşə qatılmasının səbəbini izah edərkən deyib.

Laşa Kavtaradzenin sözlərinə görə, əsas məqsəd qadınlar üçün sosial bərabərlikdir. “Lakin siyasi bərabərliksiz buna nail olmaq mümkün deyil”.

Gürcüstan əhalisinin 53 faizi qadınlardan ibarət olsa da, parlamentdə təmsil olunan qadınlar yalnız 11-12 faiz təşkil edirlər. Statistikaya əsasən bu nisbət son 10 il ərzində dəyişməz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm