Obama ilə Netanyahu üz-üzə gəldi
Bizi izləyin

Dünya

Obama ilə Netanyahu üz-üzə gəldi

Amerika və İran nümayəndələri Tehranın nüvə proqramına dair fikir ayrılığını azaltmağa nail olub. Lakin uyğun razılıq əldə edilmədiyi təqdirdə danışıqlar dayandırılacaq.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obama CBS kanalının "Face the Nation" proqramına verdiyi müsahibəsində deyib. O deyib ki, əldə ediləcək hər bir razılığa Qərb müfəttiqlərinin Tehranın nüvə silahı istehsal etmədiyini yoxlaması daxil olmalıdır.

Daha sonra proqdamda çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İranin nüvə silahı istehsal etməsinin qarşısının almaına dair onun və Obamanın məqsədi eynidir. Yeganə fərq buna necə nail olmaqdadır.

Netanyahu İsrailin mövcudluğunu tanımayan Həmas yaraqlıları ilə birləşən hökumətlə də danışıqlara inanmadığını bildirib.

İsrail lideri Vaşınqtona səfəri zamanı ABŞ Konqresinə müraciətində İranla nüvə razılığını “pis razılıq” adlandırıb.

Onun çıxışı Obamanın tənqidləri ilə qarşılanıb. Prezident deyib ki, Netanyahu İranın nüvə ambisiyalarını aradan qaldırmaq üçün yeni, alternativ yol təklif etməyib. Ağ Ev rəsmiləri həmçinin bildirib ki, Nümayəndələr Palatasının spikeri Con Beynerin Netanyahunu Konqresdə çıxış etməyə dəvət etməsi rəsmi protokolun pozulması deməkdir. Belə ki, respublikaçı lider Ağ Evlə məsləhətləşmədən bu addımı atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm