Obama respublikaçıları tənqid etdi
Bizi izləyin

Dünya

Obama respublikaçıları tənqid etdi

ABŞ prezidenti Barak Obama İrana xəbərdarlıq edən 47 respublikaçı senatoru tənqid edib.

Prezident Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərə bildirib ki, respublikaçıların bu addımı ironikdir. Çünki onlar özlərini İrandakı sərt xətt tərəfdarları ilə eyni məqama qoymaq istədiklərini göstərirlər. "Bu, qeyri-adi koalisiyadır", - deyə o bildirib.

İranın xarici işlər naziri Cavad Zərif də respublikaçıların məktubunu tənqid edərək bildirib ki, bunun heç bir hüquqi dəyəri yoxdur və təbliğat xarakteri daşıyır.

Tehrana göndərilən məktubda respublikaçı senatorlar yazıb ki, İranla əldə olunacaq hər hansı razılıq Konqres tərəfindən təsdiq edilməsə, o, yalnız cənab Obama ilə İranın ali dini lideri Ayətulla Əli Xameneyi arasında əldə olunmuş pakt olaraq qalacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm