• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Türkiyə kəşfiyyatına rəhbər təyin olundu

  • Dünya
  • 10 Mart 2015 09:32
  • 303 Baxış
Türkiyə kəşfiyyatına rəhbər təyin olundu

Hakan Fidan yenidən Türkiyə kəşfiyyatının (MİT) rəhbəri təyin olunub. Bunu Türkiyə hökuməti rəhbərinin müavini Bülənt Arınç bəyan edib.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Arınçın sözlərinə görə, Fidan Türkiyə Baş naziri Əhməd Davudoğlu tərəfindən yenidən təyin edilib.

Xatırladaq ki, Türkiyə kəşfiyyatının (MİT) rəhbəri fevralın 6-da istefa vermişdi. İstefaya səbəb onun parlament seçkilərdə iştirak etmək niyyəti ilə bağlı idi. Ancaq bu gün Hakan Fidan öz namizədliyi geri çəkib.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri bu ilin iyununda keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR