Səfir: “Merkel Obamanın qarşısına inandırıcı dəlillər qoydu”
Bizi izləyin

Dünya

Səfir: “Merkel Obamanın qarşısına inandırıcı dəlillər qoydu”

ABŞ prezidenti Barak Obama fevralın 9-da Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra Ukraynaya silahları çatdırmaqdan imtina etdi.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın ABŞ-dakı səfiri Piter Vittix “Associated Press” agentliyinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Merkel Donbas hövzəsində silahlı konfliktin həlli üzrə diplomatik və siyasi səylərin davam etdirilməsinin əhəmiyyəti haqqında inandırıcı dəlilləri ortaya qoyub. Səfir Barak Obamanın bu dəlillərlə razılaşdığını bildirib.

Piter Vittix qeyd edib ki, ABŞ və Almaniyanın liderləri Ukraynaya silahların çatdırılmasına hələ ehtiyacın olmadığına əmindirlər.

Barak Obama Ağ Evdə Almaniyanın kansleri ilə görüşdən sonra mətbuata bildirib ki, Donbas hövzəsindəki münaqişənin diplomatik həllini dəstəkləyir. Ukraynaya silahların çatdırılması barədə qəti qərarın qəbul edilmədiyini deyən prezident gələcəkdə bunun istisna olmayacağını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm