İŞİD-ə 10 min avropalı qoşulacaq - ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

İŞİD-ə 10 min avropalı qoşulacaq - ŞOK PROQNOZ

İŞİD terror təşkilatına qatılan avropalıların sayı 2015-ci ilin sonuna kimi 10 minə çata bilər.

Publika.az xəbər verir ki, belə bir qorxuducu proqnozu Fransanın baş naziri Manuel Vals səsləndirib.

“Terror təşkilatının sıralarında hazırda 3 minə qədər avropalı var. Üç minə qədər avropalı Suriya və İraqda döyüşməkdə davam edir. İŞİD-ə qoşulanların hazırkı sayını nəzərə alsaq, yaydan əvvəl bu rəqəmin beş minə, ilin sonunda isə on minə çatması mümkündür. Bunun yaradacağı təhlükəni düşünə bilirsinizmi?” – Manuel Vals deyib.

Baş nazir Fransanın 90-a qədər vətəndaşının döyüşlərdə öldüyünü əlavə edib.

Məlumata görə, Fransa və Belçika İŞİD sıralarında ən çox vətəndaşı olan Avropa ölkələridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm