İstintaq: Nemtsovun qətlinin sifarişçiləri yoxdur
Bizi izləyin

Dünya

İstintaq: Nemtsovun qətlinin sifarişçiləri yoxdur

Rusiya müxalifətçisi Boris Nemtsovun qətlinin sifarişçiləri yoxdur.

Publika.az xəbər verir ki, bu barədə “Rosbalt” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbə istintaqın ilkin nəticələrinə istinad edərək bildirib ki, cinayət Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin “Şimal" batalyonunun keçmiş alay komandiri Zaur Dadayev və batalyonun digər keçmiş döyüşçüsü Bislan Şavanovun şəxsi təşəbbüsü olub. Mənbə qeyd edib ki, istintaq əvvəlki kimi sifarişli qətl versiyası üzərində işləsə də, hər şey qətlin sözügedən iki şəxs tərəfindən planlaşdırıldığını göstərir.

Qeyd edək ki, Moskvanın Basman məhkəməsi tərəfindən Zaur Dadayev və Anzor Qubaşevə qarşı artıq cinayət işi üzrə ittiham irəli sürülüb. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.

Zaur Dadayev Boris Nemtsovun qətli ilə əlaqəsini artıq etiraf edib. Digər dörd nəfər isə təqsirkar olmadıqlarını bildirir. Bununla belə, hakim istintaqın dəlilləri ilə razılaşaraq bəyan edib ki, əllərində onların təqsirini təsdiqləyən sübutlar var.

Zaur Dadayev və Qubaşev qardaşları bir qədər əvvəl İnquşetiyada, Tamerlan Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri evdə tutulublar. Müttəhimlərin qohumları Boris Nemtsovun öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.

Boris Nemtsovun qətlində şübhəli bilinən Qroznı sakini Lev Yaşin isə polisə tabe olmayaraq özünü partladıb. Beslan Şavanov isə Çeçenistanda saxlanılarkən həlak olub.

Qeyd edək ki, Rusiya müxalifətçisi fevralın 27-də axşam saatlarında Kremlin yaxınlığında qətlə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm