Pornonun ən çox sevildiyi ölkə - Səudiyyə Ərəbistanı
Bizi izləyin

Dünya

Pornonun ən çox sevildiyi ölkə - Səudiyyə Ərəbistanı

Pornonun ən çox sevildiyi ölkə - Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının Elm və Təhsil Texnologiyaları Dövlət Komissiyası dünya ölkələri içərisində porno yönümlü internet saytlarına ən çox Səudiyyə Ərəbistanından olan istifadəçilərin daxil olduğunu açıqlayan statistiklərə etiraz edib.

Publika.az xəbər verir ki, Komissiyaya başçılıq edən Sultan Əl Malik mövzuyla bağlı verdiyi açıqlamada bu məlumatı ciddiyə almadıqlarını deyib: “Səudiyyə Ərəbistanında yaşayan vətəndaşların yüzdə neçəsinin porno saytlardan istifadə etdiklərini müəyyən edən statistik məlumata malik olmadıqlarını bildirib. O, deyib ki, xaricdən müəyyən olunan bilgilərə inana bilmərik”.

Bu tipli saytlara giriş Səudiyyə Ərəbistanında qadağan olunub. Ancaq ölkədə yaşayan vətəndaşların çoxu saytlara girişi əngəlləyən filtr proqramları dəf edə bilən xüsusi metodlardan istifadə edirlər. Bu metodlar isə bilgisayarı viruslara qarşı köməksiz vəziyyətdə qoyur.

Mövzuyla bağlı şərhlər verən bir sıra sosioloqlar porno saytların ərəb dünyasındakı populyarlığını hal-hazırda Orta Şərqdə yaşanmaqda olan siyasi və sosial sarsıntılarla əlaqəndirirlər.

Sosioloq Zana Əl Əhmara görə insanlar yaşamaqda olduqları sıxıntılardan xilas olmaq məqsədilə bu saytları ziyarət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm