Putin miqrantlarla bağlı qanuna düzəlişləri təsdiqlədi
Bizi izləyin

Dünya

Putin miqrantlarla bağlı qanuna düzəlişləri təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya Federasiyasında əmək fəaliyyətinin nizama salınması ilə bağlı qanuna düzəlişləri təsdiqləyib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Sənədi fevralın 27-də Dövlət Duması qəbul edib və martın 4-də Federasiya Şurası tərəfindən bəyənilib.

Düzəlişlər Rusiyanın ərazisində əmək fəaliyyətinə yüksək ixtisaslı xarici mütəxəssislərin cəlb edilməsini nəzərdə tutur. Sənəddə nəzərdə tutulub ki, yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla, Rusiyada daimi yaşayış yeri əldə etmək istəyən əmək miqrantlarının rus dili, Rusiya tarixi və qanunvericiliyinə dair bilikləri yoxlanılsın.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm