Ayın 10-dan sonra bütün cəbhə boyu hücum olacaq - UKRAYNADA
Bizi izləyin

Dünya

Ayın 10-dan sonra bütün cəbhə boyu hücum olacaq - UKRAYNADA

Separatçılar yaxın vaxtlarda Ukraynanın şərqində bütün cəbhə boyu hücuma keçməyə hazırlaşırlar.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Azov” könüllü batalyonunun “Facebook”dakı səhifəsində bildirilir.

Separatçıların telefon danışıqlarını ələ keçirən “Azov” batalyonu iddia edir ki, rəqib martın 10-dan sonra aktiv döyüş əməliyyatlarını bərpa etmək niyyətindədir. Məlumata görə, Ukrayna hərbçiləri hazırda bu informasiyanı yoxlayırlar.

Xatırladaq ki, “Normandiya dördlüyü”nün (Ukrayna, Rusiya, Almaniya və Fransa) liderlərinin Minskdə 12 fevral tarixində keçirdiyi görüşün nəticəsi olaraq fevralın 15-dən atəşkəs rejimi tətbiq olunub. Donbasda döyüş əməliyyatlarının intensivliyi azalsa da, Ukrayna tərəfi iddia edir ki, ötən müddət ərzində Rusiya ərazisindən bir neçə dəfə hərbi texnika kolonu Ukraynaya keçib. Ukrayna anti-terror mərkəzi rəqib tərəfindən atəşkəsin mütəmadi olaraq pozulduğunu bildirir.

“İnformasiya müqaviməti” qrupunun rəhbəri, xalq deputatı Dmitri Tımçukun sözlərinə görə, rəqib atəşkəs rejimindən sonrakı müddət ərzində bir sıra güclü zərbə taktiki qrupları formalaşdırıb. Onların Donetsk, Mariupol və Luqansk istiqamətlərində yerləşdirildiyi bildirilir. Xüsusi olaraq, Luqansk istiqamətində 5 min hərbçinin üç qrupda yer aldığı deyilir. Məlumata görə, sözügedən qruplaşmaların arsenalında 50 tank, 90-a qədər zirehli avtomobil və onlarla artilleriya sistemi var.

“Donetsk Xalq Respublikası” separatçı qurumun “Müdafiə Nazirliyi” isə öz növbəsində bu gün döyüş təlimlərinin keçirildiyini elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm