Snoudendən yeni iddia: “İllərlə ora sızmağa çalışdı”
Bizi izləyin

Dünya

Snoudendən yeni iddia: “İllərlə ora sızmağa çalışdı”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşı Edvar Snouden mətbuata yeni sənədlər sızdırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənədlər CIA-nın “Apple” şirkətinin “iPhone” və “iPads” telefonlarının şifrələmə üsullarını keçmək üçün illərlə çalışdığını ortaya çıxarıb.

Amma “The Intercept” nəşrinin xəbərində CIA-nın bu cəhdlərdə müvəffəqiyyətli olub-olmadığı mövzusunda məlumat verilməyib. Xəbərə görə, CIA üçün çalışan araşdırmaçılar “Sandia National” laboratoriyasında işləyib. Əldə olunan məlumatlar gizli CIA konfransları vasitəsilə üst qurumlara çatdırılıb. Xəbərdə qeyd olunur ki, 2012-ci ildə təşkil edilən belə konfranslardan birində Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) də qatılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm