Dubayda etiraz aksiyası
Bizi izləyin

Dünya

Dubayda etiraz aksiyası

Cənubi Asiyadan olan yüzlərlə miqrant fəhlə Dubayda onlara iş verən tikinti kampaniyası ilə maaş mübahisəsinə görə oturaq etiraz aksiyası keçiriblər.

Publika.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində ictimai etiraz aksiyaları qadağan olunduğundan hadisə yerinə dərhal iğtişaş polisinin birləşmələri gətirilib. Buna baxmayaraq, şəhərin əsas yollarından birini bağlamış fəhlələrin aksiyası zor tətbiq edilmədən başa çatıb və heç kəs həbs olunmayıb.

Hökumət mübahisənin danışıqlar yolu ilə həllini tapdığını bildirib.

Xəbər verilir ki, Birləşmiş Ərəb Əmirliklərində minlərlə miqrant işçinin əməyi istismar edilir. Məsələn bu etirazda iştirak edən fəhlələrin əksəriyyəti ayda 90 dollar maaş alır. Onlar mərkəzi Dubayda “Fəvvarələr meydanı”nın tikintisində iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm