“Rusiya genişmiqyaslı əməliyyatlara hazır deyil” – TƏDQİQAT
Bizi izləyin

Dünya

“Rusiya genişmiqyaslı əməliyyatlara hazır deyil” – TƏDQİQAT

Norveçin Sülh Problemlərinin Tədqiqatları İnstitutunun professoru və Fransa Beynəlxalq Münasibətlər İnstitutunun kiçik elmi işçisi Pavel Bayev Rusiya ordusunun Ukraynaya genişmiqyaslı irəliləyişi ssenarisini təhlil edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ekspert belə bir ssenarini ağlasığmaz hesab edir.

Rusiya ordusunun potensialı barədə tədqiqat aparan Pavel Bayevin fikrincə, Rusiyanın bunun üçün resursları kifayət etmir: “Rusiya ordusu nüvə arsenalı və elit hissələr hesabına kifayət qədər güclü hesab edilir. Ancaq genişmiqyaslı əməliyyatlar və geniş ərazilər üzrə işğal planının həyata keçirilməsi üçün Rusiyanın resursları çatışmır. Rusiya hərbi hissələrinin Ukraynanın şərqindəki əməliyyatlarda iştirak etməsi yalnız Rusiyada aparılan hərbi islahatların sınaqdan keçirilməsi idi”.

Yaz aylarında Mariupol istiqamətində hücuma gəlincə, Bayev bunu istisna etmir. Amma onun fikrincə, rusiyalılar bunun üçün elit bölmələrinin minimum 30 min əsgərini səfərbər etməli, onları tank hissələri ilə gücləndirməli, həmçinin aviasiyanı cəlb etməlidir.

Bundan əvvəl isə məşhur amerikalı politoloq Zbiqnev Bjezinski oxşar fikirlə çıxış edib. Onun sözlərinə görə, Rusiya ordusu hazırda Qərblə heç lokal müharibə aparmaq qabiliyyətində deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm