Kiyev onun üzünə ağ olanların qisasını qazla alır
Bizi izləyin

Dünya

Kiyev onun üzünə ağ olanların qisasını qazla alır

“Naftoqaz Ukrayna” şirkəti bu həftədən etibarən şirkətə borclu olan 11 regiona təbii qazın verilişini minimuma qədər azaldır.

Publika.Az –ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, həmin regionlar “qara siyahı”ya düşüb. Qəzet qeyd edir ki, bu regionlarda yanvar ayında keçirilən etiraz aksiyaların iştirakçıları dövlət binalarını tutmuşdular.Amma rəsmi Kiyev bu iddiaları rədd edir və bildirir ki, təbii qazın verilişinin məhdudlaşdırılması “siyasi divan” deyil. Qeyd olunur ki, əhalinin “Naftoqaz Ukrayna” şirkəti olan borcu şirkətin “Qazprom”a olan borcu qədərdir. Fevralın əvvəlində məlum olub ki, sözügedən regionların təxminən 3,2 milyard dollar təbii qaza görə borcu var.

Ukrayna baş nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Sergey Arbuzovun müavini Yuri Borko bunun son illərin rekord göstəricisi olduğunu deyib. Hökumət rəsmisi “Naftoqaz Ukrayna”nın rusiyalı partnyorlar qarşısında da çətin vəziyyətdə qaldığını bildirib. Xatırladaq ki, bu günlərdə Rusiya baş naziri Dmitri Medvedev Ukraynanın təbii qaza görə, Rusiyaya 2,7 milyard dollar borcu yarandığını bildirib.

“Təəssüf ki, verilən möhlətlərə baxmayaraq, Ukrayna bu il də borcun ödənilməsinə başlamadı”, - D.Medvedev söyləyib. Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov isə bildirib ki, Ukraynanın yeni hökumətinin formalaşmasını gözləmək məqsədəuyğundur. “Biz yeni şərtlərlə qarşılaşmışıq, Ukraynanın baş naziri istefa verib. Biz əvvəlki kimi Ukrayna hökuməti üzrə işgüzar əlaqələri dəstəkləyirik, ancaq anlayırıq ki, vəziyyət dəyişə bilər”, - D.Medvedyevin birinci müavini deyib. Rusiya mətbuatının yazdığına görə, Rusiya prezidenti Vladimir Putin hökumətə Ukrayna ilə maliyyə və energetika sferasında əldə olunan bütün razılaşmaları yerinə yetirməyi tapşırıb.

Beynəlxalq Demokratiya İnstitutunun rəhbəri Sergey Taran istisna etmir ki, “cəzalandırılmış” regionların əhalisi qazın verilişinə qoyulan məhdudiyyətləri hakimiyyətin qisas kimi qiymətləndirəcək. Qeyd edək ki, həmin regionlar Vinnitsa, Jıtomirski, Zaporojye, Lvov, Çerniqov, Çerkas və Odessa, o cümlədən paytaxt Kiyevdir. Amma analitik bunun etiraz aksiyalarına hansısa formada təsir edəcəyinə inanmır. “İnsanlar artıq küçələrə çıxıblar. Onlar dəyişikliklər, islahatlar tələb edilər. Qərbi Ukrayna və ölkənin mərkəzi öz şüarlarından imtina etməyəcək. Problem daha geniş əraziləri, o cümlədən Şərq əraziləri əhatə edə bilər. Hakimiyyət pul və günahkarlar axtarışındadır. Əgər heç nə dəyişməyəcəksə, o halda büdcə təşkilatlarında işləyənlərə də ödəmələr dayandırılacaq. Bu zaman isə kütləvi etiraz aksiyaları başlanacaq”, - ekspert bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm