• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Separatçılara satqınlardan ibarət “kəşfiyyat xidməti” yaradılır

  • Dünya
  • 11 Mart 2015 14:19
  • 410 Baxış
Separatçılara satqınlardan ibarət “kəşfiyyat xidməti” yaradılır

“Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Təhlükəsizlik Xidmətinin Krım strukturlarındakı satqınları Donbas hövzəsinə göndərmək üçün hazırlayır”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, xalq deputatı Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Krımın ilhaq olunmasından sonra FTX-də xidmətə başlayan Ukraynanın Təhlükəsizlik Xidmətinin Krım strukturlarındakı “satqınlar”ın hazırlanması üzrə aktiv iş aparılır: ”Ukrayna Təhlükəsizlik Xidmətində işləmiş satqınların “DXR” və “LXR”-də yaradılan “xüsusi xidmət orqanları”nın tərkibində xidmətin keçməsi üçün Donbas hövzəsində hazırlıq kursları yaradılıb. Onlara növbəti təlim kursları üçün Rostov vilayətinə getmək təklif olunur. Federal Təhlükəsizlik Xidmətindən onlara söz verirlər ki, terror təşkilatları tərkibində çalışan əməkdaşlar Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin ştatında qalacaqlar”.

Dmitri Tımçukun sözlərinə görə, Krım və Sevastopol ərazisindən terror təşkilatları üçün “kadrlar”ın yığılması işinə FTX-nin Krım və Sevastopol üzrə idarə rəisinin köməkçisi Maksimenko bilavasitə nəzarət edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR