Dünya
Nemtsovun qətlinə görə tutulanlardan biri “təmiz” çıxdı
Rusiya müxalifətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən Tamerlan Əskərxanovla bağlı yeni görüntülər ortaya çıxıb.
Publika.az “lifenews.ru” saytına istinadən xəbər verir ki, bir gecə klubunda qeydə alınan kamera görüntüləri Tamerlan Əskərxanovun cinayətdən öncə orada olduğunu təsdiqləyir.
Əskərxanov məhkəmədə ilkin dindirmə zamanı bildirib ki, siyasətçinin qətl edildiyi gecə işdə olub və iş yoldaşları da onun sözlərini təsdiq edə bilərlər. “LifeNews” telekanalın əməkdaşları Əskərxanovun bəhs etdiyi gecə klubunda olublar. Gecə klubunun əməkdaşları da təsdiq ediblər ki, o, Nemtsovun qətlə yetirildiyi gecə həqiqətən də barda olub. Ancaq “LifeNews” aydınlaşdıra bilib ki, Əskərxanov heç də deyildiyi kimi gecə klubunun əməkdaşı deyil, Roman adlı şəxsin mühafizəçisidir.
Görüntülərə görə, Əskərxanov saat 23:26-da gecə klubunda olub. Bu zaman isə cinayətin vaxtına 5 dəqiqə qalıb. “Lifenews.ru” saytının yazdığına görə, klubdan Böyük Moskva çayı körpüsünə qədər maşınla çatmaq üçün təxminən 15 dəqiqə lazımdır. Əskərxanovun isə 5 dəqiqə ərzində Böyük Moskva çayı körpüsünə çatması mümkün deyildi.
Qeyd edək ki, Moskvanın Basman məhkəməsi tərəfindən Zaur Dadayev
və Anzor Qubaşevə qarşı cinayət işi üzrə ittiham irəli sürülüb.
Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və
Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar. Zaur Dadayev Boris
Nemtsovun qətli ilə əlaqəsini artıq etiraf edib. Digər dörd nəfər
isə təqsirkar olmadıqlarını bildirir. Bununla belə, hakim
istintaqın dəlilləri ilə razılaşaraq bəyan edib ki, onların
təqsirini təsdiqləyən sübutlar var.
Zaur Dadayev və Qubaşev qardaşları İnquşetiyada, Tamerlan Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri evdə tutulublar. Müttəhimlərin qohumları Boris Nemtsovun öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.
Ömər Dağlı
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO