• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Siyasətçinin mətbuat katibinə matəm çələngi gətirdilər - HƏDƏ

  • Dünya
  • 11 Mart 2015 18:01
  • 539 Baxış
Siyasətçinin mətbuat katibinə matəm çələngi gətirdilər - HƏDƏ

YUKOS şirkətinin sabiq prezidenti, Rusiya dövlət başçısı Vladimir Putinin əsas siyasi opponentlərindən olan Mixail Xodorkovskinin mətbuat katibi Olqa Pispanenin evinin qapısına naməlum şəxslər matəm çələngi qoyub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə onun özü “Facebook” səhifəsində yazıb.

Tanışları ona məsləhət görüblər ki, polisə müraciət etsin. “Ümid edirəm ki, çələngi qonşulardan kiməsə gətiriblər və təsadüfən mənim evimin qarşısına qoyublar”, - Xodorkovskinin mətbuat katibi deyib.

Bu hadisə “Novaya gazeta” nəşrində Rusiya müxalifətçisi Boris Nemtsovun qətli ilə bağlı dərc olunan yazı fonunda diqqət çəkir. Bildirilib ki, qətlin araşdırılması haqqında məlumatlar məruzə şəklində ötən həftə prezident Vladimir Putinə təqdim edilib. Həmçinin iddia olunub ki, öldürüləcək şəxslər sırasında Mixail Xodorkovski, Aleksey Venediktov və Kseniya Sobçak da var.

Martın 3-də Sobçak bildirib ki, Nemtsovun cənazəsi ilə vidalaşma mərasiminin keçirildiyi vaxt naməlum şəxs ona yaxınlaşaraq “Kseniya, nəzərdə tutun, növbədə sizsiniz” deyib. Həmin vaxt Aleksey Venediktov da onun yanında olub. Amma Sobçak polisə müraciət etməyib.

Eyni zamanda müxalifət jurnalisti Sergey Parxomenko onun və ailəsinin ünvanına təhdidlərin olduğu barədə polisə müraciət edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR