8 min məhkum edam olunacaq
Bizi izləyin

Dünya

8 min məhkum edam olunacaq

Pakistanda edam cəzası yenidən qanuniləşib.

Axar.az xəbər verir ki, buna səbəb ötən ilin dekabrında orta məktəbdə baş vermiş terror aktı göstərilir. Qərarın qüvvəyə minməsilə Pakistan Prezidenti Məmnun Hüseynin əfv tələbini rədd etdiyi minə yaxın məhkum qarşıdan gələn həftələrdə edam edilə bilər.

Pakistan Daxili İşlər Nazirliyi ölkədə edam cəzasının müvəqqəti tətbiqini nəzərdə tutan qərarın qüvvəyə minəcəyini bildirərək əyalətlərin Daxili İşlər nazirlərini rəsmi şəkildə məlumatlandırıb. 2008-ci ildə edam cəzasını ləğv edən rəsmi Kabil bununla Taliban hücumlarının qarşısını almağa çalışır. Xatırladaq ki, ölkə həbsxanalarında edam cəzasına məhkum edilən 8 mindən çox məhkum var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm