ABŞ Duqini “qara siyahı”ya saldı
Bizi izləyin

Dünya

ABŞ Duqini “qara siyahı”ya saldı

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaları qəbul edib.

Publika.az xəbər verir ki, genişləndirilmiş sanksiyalar Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

“Qara siyahı”ya Rusiyanın RNKB bankı və Avrasiya Gənclər İttifaqı kimi təşkilatları ilə yanaşı, Ukraynanın bir sıra keçmiş yüksəkvəzifəli məmurları daxil edilib. Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, baş nazirin müavini və Milli Bankın sabiq başçısı Sergey Arbuzov, Krım Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Sergey Abisov, “Donetsk Xalq Respublikası” separatçı qurumun “təhlükəsizlik şurasının katibi” Aleksandr Xodakovski və Ukraynanın səhiyyə naziri Raisa Boqatıryova siyahıda yer alıb.

Bundan başqa, Kremlin ideoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin də ABŞ-ın sanksiyaları altına düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm