İsrail yeddi illik fasilədən sonra ilk addımı atdı
Bizi izləyin

Dünya

İsrail yeddi illik fasilədən sonra ilk addımı atdı

İsrail yeddi illik fasilədən sonra Qəzzanın ixrac etdiyi tərəvəzləri alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail ordusuna aid radio Qəzzadan 27 ton pomidor və 5 ton badımcan alındığını bildirib.

Alınan tərəvəzlərin İsrailin cənub hissəsinə satılacağı deyilir. 2006-cı ildə hərbçisi Gilad Şalitin qaçırılmasından sonra Qəzzadan idxala qadağa qoyan İsrailin yəhudilər üçün əhəmiyyətli hesab edilən və torpağa istirahət verildiyi Sebt ili ilə əlaqədar qadağanı qaldırdığı bildirilir.

Həmas tərəfindən İsrail sərhədinə yaxın ərazidən qaçırılan Gilad Şalit beş ildən sonra - 18 oktyabr 2011-ci ildə azad edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm