“Kimyəvi silahları Əsədə İran göndərir”
Bizi izləyin

Dünya

“Kimyəvi silahları Əsədə İran göndərir”

Suriyanın dövlət başçısı Bəşər Əsədin kimyəvi silah üzrə keçmiş məsləhətçisi Zahir əl-Sakat qorxunc etiraflar edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əl-Sakat İranın “Hizbullah” təşilatı vasitəsilə Əsədə kimyəvi silah dəstəyi verdiyini bildirib.

“Kimyəvi silahların əsas hissələri İranda istehsal olunur. İran onları “Hizbullah” vasitəsilə Suriyaya göndərir. Yaxın Şərqdə bu silahları istehsal edən yeganə ölkə İrandır”, - suriyalı general deyib.

Son 48 saat ərzində Suriya rejiminin yenidən kimyəvi silah istifadə etdiyini deyən general bu hücumda 11 adamın yaralandığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm