Müxalifətin ofisindən silah-sursat tapıldı - FOTO
Bizi izləyin

Dünya

Müxalifətin ofisindən silah-sursat tapıldı - FOTO

Pakistanın yarı-hərbi qoşunları əsas siyasi partiyalardan birinin Kəraçi şəhərindəki baş qərargahında axtarışlar aparıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, reyd Pakistanın ən çox əhalisi olan şəhərdə əsas siyasi qüvvə hesab edilən Muttahida Quami Hərəkatının (MQM) ofisində həyata keçirilib.

Polkovnik Tahir Mahmudun sözlərinə görə, partiyada sığınacaq verilmiş 6 cinayətkar yaxalanıb, xeyli silah-sursat aşkarlanıb.

Əməliyyatın siyasi motivli olduğunu deyən MQM rəsmiləri isə ofisdən tapılan silahlıların qanuni qeydiyyatdan keçdiyini bildirib.

Rəqibləri MQM-i təsir qabiliyyətini artırmaq üçün zorakı gücdən istifadə etməkdə günahlandırsalar da, partiya ittihamları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm