ABŞ prezidentliyinə namizəddən iyrənc hədə: “Türkiyəni parçalayacağam”
Bizi izləyin

Dünya

ABŞ prezidentliyinə namizəddən iyrənc hədə: “Türkiyəni parçalayacağam”

ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizədlərdən olan senator Rand Paul Türkiyəni parçalamaq niyyətindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, senator “Kürdüstanın sərhədlərini öz əllərimlə çəkəcəyəm, onlara bir ölkə vəd edirəm” deyib.

Senator bildirib ki, kürdlərin öz dövlətlərini yaratmaq imkanı tanınmalıdır. ABŞ-ın bu günə qədər verdiyi dəstəyin kifayət etmədiyini deyən Rand Paul İŞİD-ə qarşı vuruşan kürdlərin daha çox silahlandırılmalı olduğunu söyləyib.

“Kürdlər ən yaxşı döyüşçülərdir. Kürdlər üçün göndərilən silahlar Bağdada çatır və burada yaxşıları götürüləndən sonra qalanları kürdlərə çatdırılır. Silahlar birbaşa olaraq kürdlərə çatdırılmalıdır”, - senator deyib.

Paul həmçinin qeyd edib ki, kürdlərə verdiyi dövlət vədini reallaşdırmaq çətin olacaq: “Çünki yeni bir ölkənin sərhədlərini çəkmək üçün Türkiyə, İraq və Suriyadan torpaq almaq lazım olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm